Yoxsulluq varlılıqdan yaxşıdır.

Needs must. / Need makes the naked man run. / Necessity is the mother of invention. Нищета прочней богатства. / Нужда научит калачи есть. / Богатство гинет, а нищета живёт. / Нужда хитрее мудреца.
Yoxsulluq ilə qocalıq düşüb bir yerə.
Yoxsulun dili gödək olar.
OBASTAN VİKİ
Yoxsulluq
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Vətən yaxşıdır
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Çoxölçülü Yoxsulluq İndeksi
Çoxölçülü Yoxsulluq İndeksi, ÇYİ, ing. Multidimensional Poverty Index-MPI) – BMT-nin İnkişaf proqramı çərçivəsində dünya ölkələrində yoxsulluğun səviyyəsini müəyyən etmək üçün 2010-cu ildə Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü mərkəzi tərəfindən hazırlanmış göstərici. Bu, indeksin əsas məqsədi fərdin təkcə maddi-iqtisadi cəhətcə deyil, digər göstəricilər üzrə yoxsul olmasını göstərməkdir. Onun İnsan İnkişafı İndeksindən (İİİ) əsas fərqi ondan ibarətdir ki, İİİ fərdin nələrə malik olduğunu, ÇYİ isə fərdin nələrdən məhrum olduğunu göstərir. ÇYİ BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksinin nəşr olunmasının 20 illiyinə həsr olunaraq yaradılmış, yoxsulluğun ənənəvi gəlirə əsaslan ölçü metodologiyasından fərqli bir metodologiya ilə yoxsulluğu ölçmək üçün bu proqrama daxil edilmişdir. Yaradıcısı Oksford Universitetinin professoru Ceyms Foster hesab olunur. ÇYİ 3 ölçü istiqaməti (dimensions) və 10 göstəriciyə əsasən hesablanır: Təhsil (hər bir göstərici 1/6 nisbətdə götürülür) Təhsil alma illəri: ev təsərrüfatı üzvlərindən heç biri məktəbdə 5 il oxumayıbsa, məhrum olmuş hesab olnurlar. Uşaqların cəlb olunması: məktəb yaşına çatmış hər-hansısa bir uşaq 1-8-ci siniflərdə məktəbə getmirsə, məhrum olmuş hesab olunurlar. Sağlamlıq (hər bir göstərici 1/6 nisbətdə götürülür) Uşaq ölümü: uşaqlardan biri belə ölərsə, məhrum olmuş hesab olunurlar. Qidalanma: hər hansısa bir böyüyün və ya uşağın zəif qidalanması haqqında məlumat varsa, məhrum olmuş hesab olunurlar.
Uşaqlar yaxşıdır (film)
Uşaqlar yaxşıdır (ing. The Kids Are All Right) — Liza Xolodenkonun rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan komediya-dram filmi. Film süni mayalandırma yolu ilə uşaq sahibi olmuş lezbiyan cütlükdən bəhs edir. Onların uşaqları yeniyetməlik yaşına çatdıqda bioloji atalarını görmək istəyirlər. Film "Qızıl Qlobus" mükafatına layiq görülmüş, həmçinin "Oskar" daxil olmaqla bir çox mükafata namizədlik əldə etmişdir. filminfocus.com/the_kids_are_all_right/ — Uşaqlar yaxşıdır rəsmi saytı The Kids Are All Right — Internet Movie Database saytında.
Psix, amma bu yaxşıdır (teleserial, 2020)
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992)
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.